“Benfika”nın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən mərkəz müdafiəçisi Nikolas Otamendini “Barselona”ya buraxmamağı xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” yanvar transfer pəncərəsi zamanı mərkəzi müdafiəsini gücləndirmək üçün namizəd kimi Otamendini nəzərdən keçirir. 37 yaşlı argentinalı veteranın müqaviləsi cari mövsümün sonuna qədərdir və bu da onun transfer ehtimalını artırır.
Lakin Mourinyo “Benfika” rəhbərliyindən nəinki yanvar ayında Otamendinin “Barselona”ya getməsinə icazə verməməsini, həm də müqaviləsini daha bir il uzatmasını istəyib.