AZ

Bakıda ən çox müharibə veteranı hansı rayonlarda yaşayır?

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə aylıq 80 manat müavinət ödənilir. Bu ödəniş 15 aprel 2019-cu il tarixində Prezident İlham Əliyevin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında sərəncamı ilə müəyyənləşdirilib və həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə şamil olunur. Hazırda ölkə üzrə bu müavinətdən yararlanan 180 min 947 müharibə iştirakçısı var ki, bu da aylıq hesabla dövlət büdcəsindən 14 milyon 475 min 760 manat vəsaitin ayrılması deməkdir.

Modern.az müharibə veteranlarının paytaxt üzrə ərazi bölgüsünü araşdırıb.

Məlum olub ki, döyüş əməliyyatlarında iştirak edənlərin ən böyük hissəsi Bakı şəhərinin payına düşür. Belə ki, paytaxt üzrə ümumilikdə 41 min 421 nəfər respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs kimi qeydiyyatdadır.

Bakı rayonları arasında ən yüksək göstərici Xətai rayonuna aiddir. Burada 5 min 297 müharibə veteranı yaşayır və aylıq müavinət alır. Xətaini Binəqədi rayonu izləyir. Bu rayonda 5 min 59 veteran qeydiyyatdadır. Sabunçu (4 min 188 nəfər), Suraxanı (4 min 264 nəfər) və Yasamal (4 min 286 nəfər) rayonları da döyüş iştirakçılarının sayına görə ilk sıralarda yer alır.

Qaradağ rayonunda 3 min 495, Nərimanovda 3 min 369, Nizami rayonunda 3 min 27, Nəsimi rayonunda isə 2 min 953 müharibə veteranı yaşayır. Xəzər rayonunda bu göstərici 2 min 687, Səbail rayonunda isə 2 min 447 nəfər təşkil edir.

Paytaxt üzrə ən az müharibə veteranı Pirallahı rayonunda qeydə alınıb. Bu ərazidə cəmi 349 döyüş iştirakçısı yaşayır ki, bu da Bakı rayonları arasında ən aşağı göstəricidir.

Rəqəmlər göstərir ki, müharibə veteranlarının əsas hissəsi əhalinin sıx yaşadığı və geniş yaşayış massivlərinə malik rayonlarda cəmləşib. 
 

Seçilən
13
4
modern.az

5Mənbələr