“Real” yayda Vinisius Junioru satsa, yeni fubolçu alacaq. Msport..az xəbər verir ki, Madrid klubu PSJ-nin yarımmüdafiəçisi Vitinyonu transfer edəcək.
Mənbənin sözlərinə görə, Vinisius 2027-ci ildə başa çatacaq müqaviləsini yeniləməyəcək. Buna görə də “Real” braziliyalı futbolçunu 2026-cı ilin yayında sata bilər. “Kral klubu” Vinisiusu 100 milyon avrodan aşağı qiymətə satmayacaq. Bu vəsaitə Vitinyanı transfer etmək olacaq.
Portuqaliyalı yarımmüdafiəçinin müqaviləsində 100 milyon avroya sərbəst qalmaq bəndi var.
Onun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.