Bakı. Trend:
2025-ci il dekabrın 26-da Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iclasda Prezident İlhamƏliyevin 2025-ci il 25 dekabr tarixli Sərəncamı ilə birinciinstansiya məhkəmələrinə təyinat alan 45 hakimin andiçmə mərasimiolub.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləritəbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Bildirilib ki, yeni nəsil hakim korpusunun çevikkomplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesidavamlı xarakter alıb. Sədr məhkəmə hakimiyyətinin nüfuzununartırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərəşərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı vəməsuliyyətli olmağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub.Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasənədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına vəQanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyatakeçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyubsaxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarınaand içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusigeyim forması təqdim olunub.
Daha sonra yeni təyin olunmuş hakimlər Səbinə İsmayılova vəElvin Teymur-Zadə çıxış edərək, onlara göstərilən yüksək etimadıdoğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədənəməl edəcəklərinə söz veriblər.