AZ

Yardımlıda məktəblilər çətin vəziyyətdə: sinifləri bağlandı, palçıqda yollarda qaldılar – FOTOLAR

Yardımlıda bağlanan sinfin şagirdləri təhsillərini davam etdirmək üçün qonşu kənd məktəbinə gedirlər.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə,.söhbət Şıxlar kənd orta məktəbinin 4-cü sinif şagirdlərindən gedir.

Şagirdlər sentyabrdan bağlanan siniflərinə görə məcburiyyətdən təhsillərini Çanaqbulaq kənd orta məktəbində davam etdirirlər.

Valideynlər deyir ki, Çanaqbulaq kəndinə gedən yol bərbad vəziyyətdədir:

“Əsasən də qarlı və şaxtalı havalarda çətinlik daha da artır. Buna görə də bəzən övladlarımızı məktəbə atla aparıb-gətirməyə məcbur qalırıq”.

Valideynlər bildirir ki, sinfin yenidən açılması üçün tələb olunan şagird sayı artıq mövcuddur:

Hazırda valideynlər övladlarının öz kəndlərində təhsil almaları üçün sinif otağının yenidən açılmasını müvafiq qurumlardan xahiş edirlər.

Qeyd edək ki, şagirdlərin Şıxlar kəndindən Çanaqbulaq kəndinə getmələri də vaxt itkisinə səbəb olur.

Seçilən
37
4
nocomment.az

5Mənbələr