"Fənərbağça” klubun prezidenti Sadettin Saranın narkotik testinin nəticəsinin müsbət çıxması və adının qalmaqallarda hallanması yeni iddiaların ortaya atılmasına səbəb olub.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sabiq prezident Ali Koçun S.Saranı ziyarət etməsi onun geri qayıdacağı barədə şayiələrə səbəb olub.
Müzakirələrin alovlanmasından sonra klub rəsmi sosial şəbəkə səhifələrində açıqlama yayıb.
“İctimaiyyətdə gəzən bəzi iddiaların əksinə olaraq, bu gün keçmiş prezidentimiz cənab Ali Koçun hazırkı prezidentimiz cənab Sadettin Sarana etdiyi səfər sırf nəzakət xarakterli bir səfər idi və "Fənərbağça"nın bu günü və gələcəyi ilə bağlı qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdən ibarət idi.
İctimaiyyətə bildirmək istərdik ki, bu kontekstdən kənarda edilən hər hansı bir şərh və ya qiymətləndirmə ciddi qəbul edilməməlidir”,- deyə açıqlamada bildirilir.
Qeyd edək ki, builin sentyabrında Türkiyənin "Fənərbağça" klubuna prezident seçilən Sadettin Saran narkotiklə bağlı saxlanılıb. O, indi narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərait yaradılması ittihamları ilə istintaqa cəlb olunub.
Billurə
