AZ

“Napoli” 50 milyona hücumçu almaq istəyir

BAKI, 27 dekabr. TELEQRAF

“Napoli” “Real Madrid”in hücumçusu Franko Mastantuononun transferi ilə maraqlanır.

Teleqraf “Defensa Central”a istinadən xəbər verir ki, Neapol klubu 18 yaşlı futbolçu üçün bu qış 50 milyon avro təklif etməyə hazırdır.

“Kral klubu” Mastantuononu satmaq niyyətində deyil və ümid edir ki, o, mövsümün ikinci yarısında öz ən yaxşı formasını göstərəcək.

Qeyd edək ki, cari mövsümdə Mastantuono bütün turnirlərdə 14 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Seçilən
46
teleqraf.com

1Mənbələr