İmişli rayonunda dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi baş verib.
NOCOMMENT.az -ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Çahar kəndində qeydə alınıb.
Məlumata görə, 1969-cu il təvəllüdlü kənd sakini Mehman Məmmədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Turab