AZ

Azərbaycan klubu 3 illik müqavilə imzaladığı əcnəbi hücumçudan üz çevirdi

Premyer Liqada qış çempionu olan «Sabah»dan tezliklə ayrılacaq ikinci futbolçunun kimliyinə aydınlıq gəlib.

Valdas Dambrauskasın düşərgədən getməsinə qərar verdiyi növbəti oyunçu Neqoş Kupusoviçdir.

Baş məşqçi tez-tez dədə alan, bu səbəbdən adını iştirak ərizəsinə daxil etmədiyi serbiyalı hücumçunun ona lazım olmadığı barədə rəhbərliyə məlumat verib.

Litvalı mütəxəssis balkanlı legioneri yeni ildən sonra başqa bir əcnəbi ilə əvəzləmədiyi düşündüyünü bildirib.

Kupusoviç Azərbaycana 2024-cü ilin yayında gəlib. Onunla 3 illik müqavilə bağlanıb. Serbiyanın U-16, U-17 və U-18 yığmalarında oynamış 24 yaşlı forvardın son klubu Slovakiya komandası “Trenkin” olub.

“Srvena Zvezda”nın yetirməsi karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021) və Slovakiyanın “Dubnitsa” (2021-2022) klublarında da çıxış edib.

“Sabah“ın çalışdırıcısı Neqoşdan öncə onun həmyerlisi Boyan Letiçin xidmətindən imtina eləyib. Odur ki, “bayquşlar“ 2022-ci ildən ölkəmizdə olan müdafiəçi ilə müqavilənin müddətini uzatmayıb.

SPORTİNFO.AZ

Seçilən
16
sportinfo.az

1Mənbələr