AZ

Trampdan Zelenskiyə: Mən demədən heç nə olmayacaq

Zelenskinin açıqladığı  sülh planını  mən təsdiq etməyənədək gərgəksiz bir kağız parçasıdır.

 Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin 20 maddəlik sülh planı ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Zelenskinin son təklifinə olduqca soyuqqanlı yanaşan və onun səsləndirdiyi təklifləri dəstəkləməyə tələsmədiyini nümayiş etdirən Tramp deyib ki, bu məsələlər  onunla görüşdə müzakirə olunacaq:

"Mən təsdiq edənə qədər onun əlində heç nə olmayacaq. Ona görə də görəcəyik ki, nəyi var".
Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin baş arbitri olmaq niyyətində olduğunu vurğulayan Tramp əlavə edib ki, həftəsonu Zelenski ilə məhsuldar bir görüş keçirə biləcəyimə inanıram.
"Düşünürəm ki, onunla yaxşı bir görüş olacaq", - deyə Tramp bildirib.

Qeyd edək ki, Trampla Zelenski arasında keçiriləcək görüşdə 20 maddəlik yeni bir sülh planı, xüsusən də planda nəzərdə tutulan silahsızlaşdırılmış zonanın yaradılması və  ABŞ-ın təhlükəsizlik zəmanətlərinə diqqət yetiriləcəyi gözlənilir. Görüşdə təhlükəsizlik zəmanətləri ilə yanaşı, Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması və Moskvanın iddia etdiyi şərq əraziləri olan Donbasın ərazi nəzarəti məsələləri də müzakirə olunacaq.

 Mürtəza

Seçilən
56
2
olke.az

3Mənbələr