ABŞ-nin Kaliforniya ştatına şiddətli qasırğanın gətirdiyi leysan 72 saat ərzində Los-Ancelesə yarım illik yağıntı miqdarını gətirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, normadan artıq yağan yağış daşqınlara və torpaq sürüşmələrinə səbəb olub, riskli ərazilərdə yaşayanlara təcili təxliyə göstərişləri verilib.
Ümumilikdə, ştat ərazisindəki sel və torpaq sürüşmələri nəticəsində azı 3 nəfər həyatını itirib. Ölənlərdən birinin yerli şerif müavini olduğu bildirilir.