AZ

Rusiya MN növbəti dəfə Kupyanskın nəzarətə götürülməsinə dair məlumat yayıb

Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Kupyanskın nəzarətə götürülməsinə dair məlumat yayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda Ukraynanın Kupyansk şəhərinin ““Qərb” qoşunları qruplaşmasının 6-cı Birləşmiş Qvardiya bölmələrinin nəzarəti altında olduğu” bildirilir.

Adı açıqlanmayan bölük komandirinin sözlərinə görə, Rusiya hərbçiləri “Kupyanskda binaları və zirzəmiləri Ukrayna Silahlı Qüvvələrinin ayrı-ayrı qruplarından təmizləyir”.

Rusiya Müdafiə Nazirliyinin açıqlaması dekabrın 24-də Ukrayna ordusunun Kupyanska nəzarəti bərpa etdiyinə dair məlumatlardan sonra yayılıb.

Qeyd edək ki, noyabrın 20-də Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Kupyanskın Rusiya qoşunları tərəfindən ələ keçirildiyini bildirib. Qısa müddət sonra Putin bu məlumatı təsdiqləyib. Lakin dekabrda Volodimir Zelenski Kupyanskın girişindən videosunu paylaşıb. Putin ilin yekunlarına dair mətbuat konfransında şəhərin Rusiyanın nəzarəti altında olduğunu bir daha bildirib və Zelenskinin videosunu saxta adlandırıb.

Seçilən
47
4
apa.az

5Mənbələr