Bakı.Trend:
Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanmamüşahidə olunur. Bu isə ərzaq məhsullarının qiymətləri ilə bağlısualların yaranmasına səbəb olur. Bayramqabağı istehlak tələbatınınartması, xüsusilə ət bazarına təsir edir. Hinduşka və toyuq ətinəolan tələbin artması isə bu məhsulların qiymətlərinin yüksəlməsiehtimalını gündəmə gətirir. Bayram süfrələrində ən çox tələb olunanət növləri hinduşka və toyuq ətidir ki, bu da təbii olaraq bazardaqiymət artımına səbəb ola bilər.
Hinduşka və toyuq ətinin qiyməti nə qədər artacaq vənə vaxta qədər davam edəcək?
Mövzu ilə bağlı Trend-ə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları vəİxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri MürvətHəsənli açıqlamasında bildirib ki, sənaye üsulu ilə intensivqaydada istehsal olunan toyuq ətinin qiymətində azalma müşahidəedilir.
Onun sözlərinə görə, hinduşka ətinə qış aylarında tələbatçoxalıb, xüsusilə bayram günlərində hinduşkanın satış qiymətindənisbətən artım müşahidə ediləcək:
“Hinduşka əti Azərbaycanda intensiv şəkildə istehsal olunmur.Yəni, sənaye üsulu ilə satış məqsədli istehsal yoxdur. Hazırdahinduşka ətinin 1 kilosu 18-20 manat aralığında satılır, bayramgünlərində isə 25 manatadək artım gözlənilir. Qeyd edim ki, budaimi artım deyil, bayramdan sonra yenidən öz köhnə qiymətinəqayıdacaq”.
M.Həsənli vurğulayıb ki, hinduşka əti ölkəmizdə dekabr, yanvarvə fevral aylarında əsasən istehlak olunur.
“İl ərzində Azərbaycanda bir nəfər təxminən yarım kiloqramhinduşka əti istehlak edir. Bu səbəbdən ölkə üzrə hinduşkaistehsalı daxili tələbatı ödəmək həcmindədir. Adambaşına təxminən18-20 kiloqram toyuq əti yeyilir. Son aylarda ölkədə iribuynuzluheyvanlar arasında yayılan dabaq xəstəliyi toyuq və quş ətinətələbatı artırıb. Məsələn 2024-cü ilin göstəricilərinə görəadambaşına 147 ədəd yumurta istehlak edilirdisə, bu il həmin rəqəm184 ədədə qalxıb. Toyuq əti isə 16 kilo istehlak edilirdisə, bu il20 kiloyadək artıb. Buna qırmızı ətin bahalığı və dabaq xəstəliyisəbəb olub. Ümumilikdə bir insan Azərbaycanda 34 kiloqram ətyeyirsə, bunun 20 kilosunu toyuq əti təşkil edir. Toyuq əti dahasağlıqlı və ucuzdur”,- deyə o əlavə edib.