AZ

İtaliya A Seriyası: “Napoli” Superkubokdakı zəfərdən sonra çempionata qayıdır – İDMAN.BİZ-in İCMALI

İtaliya A Seriyasında futbol üzrə 17-ci turun oyunları keçiriləcək. Bu tur yola salınan ilin sonuncusu olacaq.

İdman.Biz-in məlumatına görə, hesabat turu 27-29 dekabr tarixlərini əhatə edəcək və “Roma” - “Cenoa” qarşılaşması ilə yekunlaşacaq.

Turun startı ərəfəsində turnir cədvəlinin yuxarı pillələrində vəziyyət olduqca sıxdır: “İnter” 33 xalla liderdir, onu 32 xalla “Milan” izləyir, “Napoli” isə 31 xalla üçüncü pillədə qərarlaşıb. İlk beşlikdə həmçinin “Roma” (30) və “Yuventus” (29) yer alır. Bu səbəbdən istənilən xal itkisi çempionluq uğrunda mübarizədə dərhal vəziyyəti dəyişə bilər.

“Kremoneze” – “Napoli” (28 dekabr)

Turun mərkəzi qarşılaşmalarından biri “Napoli”nin Kremonaya səfəri olacaq.

Antonio Kontenin komandası oyuna yüksək emosional ovqatla çıxır. Belə ki, dekabrın 22-də “Napoli” Ər-Riyadda keçirilən oyunda “Bolonya”nı 2:0 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb. Hər iki qolu David Neres vurub. Bu titul neapollular üçün turnirdə 2014-cü ildən bəri ilk uğur olub. Çempionatda isə 17-ci tur ərəfəsində “Napoli” üçüncü pillədə qərarlaşıb.

“Kremoneze” qarşılaşma öncəsi 21 xalla 11-ci pillədədir və ev sahibləri üçün bu oyun titul iddialılarından birinə qarşı öz güclərini yoxlamaq imkanıdır. “Napoli”də heyət problemləri qalmaqdadır: Romelu Lukaku zədədən sonra qayıtmağa yaxın idi, Kevin De Brüyne isə əməliyyatdan sonra bərpa prosesini davam etdirir.

A Seriyasının 17-ci turunun digər oyunları

27 dekabr

“Parma” – “Fiorentina”

“Leççe” – “Komo”

“Torino” – “Kalyari”

“Udineze” – “Latsio”

“Piza” – “Yuventus”

28 dekabr

“Milan” – “Verona”

“Bolonya” – “Sassuolo”

“Atalanta” – “İnter”

29 dekabr

“Roma” – “Cenoa”

Hazırkı vəziyyətə görə A Seriyasının turnir cədvəli

“İnter” – 33 xal

“Milan” – 32

“Napoli” – 31

“Roma” – 30

“Yuventus” – 29

“Bolonya” – 25

“Komo” – 24

“Latsio” – 23

“Atalanta” – 22

“Sassuolo” – 21

“Kremoneze” – 21

“Udineze” – 21

“Torino” – 20

“Leççe” – 16

“Kalyari” – 15

“Parma” – 14

“Cenoa” – 14

“Verona” – 12

“Piza” – 11

“Fiorentina” – 9

İdman.Biz
Seçilən
41
1
idman.biz

2Mənbələr