Dünyada ən çox yayılmış xərçəng növlərindən biri olan yoğun bağırsaq xərçəngi indi gənc insanlar arasında getdikcə daha çox yayılmaqdadır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yapon tədqiqatçılar bir qurbağa növündəki bakteriyanın xərçəng şişlərini "məhv edə" biləcəyini aşkarlayıb.
Bu barədə Yaponiya Qabaqcıl Elm və Texnologiya İnstitutunda bir tədqiqat qrupu tərəfindən araşdırma aparılıb.
Məlum olub ki, Yapon ağac qurbağalarının bağırsaqlarında tapılan bir bakteriya yoğun bağırsaq xərçəngi şişlərinin müalicəsi üçün ümid verir.
Tədqiqatçılar, qurbağa bakteriyası “Ewingella americana” da daxil olmaqla 45 müxtəlif bakteriya növündən doqquzunun əhəmiyyətli uğur qazandığını aşkar etdilər. Təcrübə siçanlara
qurbağa bakteriyalarının köçüülməsi ilə aparılıb.
Tədqiqatçıların fikrincə, “E. americana” bakteriyalarının tək dozası müalicə siçanlarda şişləri kiçiltməklə yanaşı, onları tamamilə aradan qaldırıb.
Siçanlar üzərində sınaqdan keçirilən bu metodun insanlara tətbiq oluna biləcəyini müəyyən etmək üçün daha çox testə ehtiyac var.
Billurə