AZ

Türkiyə gündəmini zəbt edən milyardlıq boşanma işində yeni iddia

Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül və həyat yoldaşı, sosial şəbəkə fenomeni Revna Sarıgülün boşanma məsələsi ilə bağlı daha bir məlumat gündəmi zəng edib. 

"Cebheinfo.az" xəbər verir ki, həyat yoldaşına xəyanət etməkdə ittiham olunan Ömər Sarıgül də ayrıldığı xanımına qarşı iddia qaldırıb. O, Revna Sarıgülə qarşı 10 milyon lirə mənəvi təzminat iddiası qaldırıb.

Tərəflərin razılığa gələ bilməməsi səbəbindən sülh yolu ilə boşanma cəhdi uğursuz olub və proses mübahisəli boşanmaya çevrilib. Bu mərhələdə Revna Sarıgülün vəkili vasitəsilə qadağa qərarı aldığı və Ömər Sarıgülün buna görə bir müddət uşaqlarını görə bilmədiyi iddia edilib.

Bu hadisələrdən sonra Ömər Sarıgül həyat yoldaşı Revna Sarıgülə qarşı eyni addımı atıb. O bildirib ki, xanımı uşaqlarına qarşı təzyiq edir, çox pul xərcləyir. 

Qeyd edək ki, Ömərin onun aldatdığını iddia edən Revna boşanmaq üçün məhkəməyə müraciət edib və ondan 1,5 milyard lirə (təxminən 59 719 674 manat) təzminat, aylıq 3,3 milyon lirə (təxminən 1,3 milyon manat) aliment istəyib.

Ömer Sarıgül isə bununla razılaşmayıb. Ömər Sarıgül məhkəməyə 10 milyon lirə təzminat və ayda 400.000 lirə aliment təklif edib. (Axşam.az)

"Cebheinfo.az"

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr