2025-ci ilin ən böyük rezonans doğuran hadisəsi Levan Canqveladzenin Tifilisə qətlə yetirilməsi olub
Rusiya kriminal aləmi 2025-ci ilə özünəməxsus “yekun vurur”.
2025-ci ildə kriminal aləmdə səs-küy doğuran üç mühüm hadisə qeyd olunur. Şübhəsiz ki, 2025-ci ilin ən böyük rezonans doğuran və çox böyük nəticələri olan hadisə kriminal aləmdə Suxumi klanın lideri kimi tanmınan Merab Canqveladzenin qardaşı Levan Canqveladzenin Tifilisə qətlə yetirilməsi olub. Canqveladzeni bu ilin marın 14-də Tiflisin mərkəzi Çavçavadze prospektində öldürülüb . O, aldığı çoxsaylı yaralardan hadisə yerində ölüb, sürücüsü isə güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Qətldə şübhəli bilinən Gela Udzilauri 17 martda saxlanılıb və ona ömürlük həbs cəzası veriləcəyi gözlənilir. İstintaqın məlumatına görə, saxlanılanlardan ikisi – Georgi Mikadze və Georgi Kaçkaçişvili, Levan Canqveladze ilə biznes məsələlərinə görə uzunmüddətli münaqişədə olublar. Onlar Levanı aradan qaldırmaq qərarına gələrək, hazırda xaricdə olan Gela Cokhadzeyə müraciət ediblər ki, killer tapsın. Qətl sifarişini yerinə yetirməyi Cokhadzenin şəxsi mühafizəçisi Gela Udzilauri üzərinə götürüb və müəyyən məbləğdə mükafat qarşılığında qətl törətməyə razılaşıb. Bu, qətl Merab üçün sarsıdıcı zərbə olub və onun uzun müddət ortalıqda “boy” göstərməməsi buna sübutdur.
Abxazların yay və payız aylarında “razborkaları” Rusiya kriminalında ikinci ən ciddi hadisə sayılıb.
Nəhayət, azərbaycanlı “qanuni oğru”lar Vaqif Süleymanov və Zaur Şipilovuin həbsi Rusiya kriminalın üçlükdə özünə yer edib. Bildirilir ki, proses yekunlaşmayıb, hətta hazırda cəzaçıkmə müəssisəndə olan azərbaycanlı kriminallar da risk altındadır.

Zaur Naxçıvanski kimi tanınan Zaur Şipilov bu ilin iyununda Orenburqda saxlanılıb.İstintaqın versiyasına görə, o, ən azı 2013-cü ildən bəri regionda cinayətkar fəaliyyətə nəzarət edib və kriminal ənənələri dəstəkləyib. Leninski Rayon Məhkəməsi Zaur Naxçıvanskinin həbs müddətinin 3 fevral 2026-cı ilədək uzadıb.
Zaur Naxçıvanski 1985-ci ildə Orenburqda anadan olub. O, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-cı ilin aprelində Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur isə həmin dövrdə 21 yaşında olub və bu illərdə Rövşən Lənkəranski(Canıyev) tərəfindən himayə olunub. Məhz Lənkəranski onun atasının yolunu davam etdirməsində mühüm rol oynayıb.
Açıqlanan məlumata görə, Zaur uzun müddət Türkiyədə yaşayıb və ona 2013-cü ildə “qanuni oğru” titulu verilib. İki il sonra, 2015-ci ilin oktyabrında Naxçıvanski “Çayxana” restoranında külli miqdarda narkotik vasitə ilə həbs olunub, üç il həbs cəzası alıb, 2018-ci ildə isə azad edilib.
![]()
Zaur Naxçıvanski həbs edilən ərəfədə daha bir azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif Bakinski) da Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Onun üç ay xüsusi müəssisədə qalacağı, sonra isə Azərbaycana deportasiya olunacağı deyilirdi. Onun hazırda harada olduğu haqda heç bir məlumat yoxdur. Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər.
Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.
Vaqif Süleymanov Gürcüstanda doğulub,amma o iddia edilir ki, Vaqif Bakinskinin Özbəkistan vətəndaşlığı var. Rusiya mənbələri Vaqif Bakinskini nüfuz baxımından azərbaycanlı kriminallar arasında “bir nömrə” hesab edir.
Musavat.com