AZ

Nəcip Uysal ''Beşiktaş''ın şok qərarı haqda nə dedi?

Məlum olduğu kimi ''Beşiktaş'' Mərt Günok və Nəcip Uysal ilə bağlı yenə sürpriz qərar qəbul edib.
"Football-plus.az" xəbər verir ki, hər iki təcrübəli futbolçu baş məşqçi Sərgən Yalçının tələbi ilə əsas komandadan kənarlaşdırılıb! Halbuki bu futbolçular mövsümə kapitan statusunda başlamışdılar. Nəcip birinci, Mərt isə ikinci qapıçı idi. Amma rəhbərlik mövsümün əvvəlində onlardan kapitanlığı alaraq Orkun Kökçü və Uilfrid Ndidiyə vermişdi. İndi də bu oyunçuların komanda ilə əlaqəsi kəsilib. Böyük ehtimalla onların hər ikisi qış transfer dönəmində komandanı tərk edəcək.

Bu arada türkiyəli həmkarlarımız bu qərarın ardından Nəcip Uysaldan qısa açıqlama alıb. 34 yaşlı futbolçu İstanbul nəhənginin öz yetirməsidi. 2009-cu ildən əsas komandada olan Uysal indiyə qədər 466 oyuna çıxaraq aktivinə 6 qol, 19 məhsuldar ötürmə yazıb və 3 çempionluq olmaqla 8 titul qazanıb.

Nəcip əsas komandadan kənarlaşdırılması ilə bağlı bunları deyib:
''Bizə heç bir əlavə açıqlama verilməyib. Bizim bildiyimiz də elə rəsmi açıqlamada qeyd olunan qədərdi. Sərgən hocanın belə qərar verdiyini dedilər. Onunla danışmağa cəhd göstərdim, amma hələ danışa bilməmişəm. 22 ildi, şərəflə formasını geydiyim camiəmə zərər verə biləcək hər hansı bir ifadə işlətmək istəmirəm. Ona görə indi sadəcə bu yaşananları qəbul etməyə və anlamağa çalışıram''.
Seçilən
78
1
football-plus.az

2Mənbələr