AZ

Azərbaycan idmançıları 2025-ci ili rekord göstərici ilə başa vurdular

2025-ci il ərzində müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarında, kubok, Qran-Pri və digər beynəlxalq nüfuzlu yarışlarda idmançılarımız 613 qızıl, 616 gümüş və 884 bürünc, ümumilikdə 2113 medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Olimpiya idman növlərində 1443, qeyri-Olimpiya növlərində 589, paralimpiya, deflimpiya və xüsusi olimpiya yarışlarında isə 81 medal əldə edilib. Bu, Azərbaycan idmanı tarixində növbəti rekord göstəricidir.

İdman.Biz
Seçilən
23
idman.biz

1Mənbələr