AZ

Fransa Moldovanın keçmiş baş nazirini beynəlxalq axtarışa verib

Bakı. Trend:

Fransa hökuməti Moldavanın keçmiş baş naziri Vladimir Filatıİnterpolun xətti ilə axtarışa verilib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Moldova DİN mətbuat katibiDiana Fetko jurnalistlərə açıqlama verib.

Bundan əvvəl Filat məhkəmənin qərarı ilə çirli pullarınyuyulması ittihamı ilə iki il müddətinə azadlıqdan məhrumedilmişdi.

Filat bildirib ki, Fransada çıxarılan hökm Kişinyovun təsirialtında verilib.

Moldova öz vətəndaşını Fransaya ekstradisiya edə bilməz, lakiniki ölkənin hüquq-mühafizə orqanları ittihamların tanınması vəcəzanın Moldova ərazisində icra olunması barədə razılığa gələbilərlər.

KİV-in məlumatına görə, iş Filatın və həyat yoldaşının 2012 və2014-cü illərdə Fransanın cənub-şərqində əldə etdikləri daşınmazəmlakla bağlıdır. Hüquq-mühafizə orqanları hesab edir ki, bu əmlakkorrupsiya fəaliyyəti nəticəsində əldə olunmuş vəsait hesabınaalınıb.

Filat hazırkı prezident Maya Sandunun siyasətinin kəskintənqidçilərindəndir. 2016-cı ilin iyununda Moldovada məhkəmə Filatışəxsi mənfəət əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindənsui-istifadə və passiv korrupsiya ittihamları ilə təqsirli bilib vəonu doqquz il müddətinə azadlıqdan məhrum edib. O, bu cəzanıntəxminən dörd ilini həbsdə çəkdikdən sonra azadlığa buraxılıb.Filat özünü təqsirli hesab etməyib və bildirib ki, onu həbsxanayagöndərən hakim koalisiyadakı keçmiş tərəfdaşı, DemokratPartiyasının lideri Vladimir Plahotnyuk olub.

Məqalədə:
Seçilən
62
4
az.trend.az

6Mənbələr