AZ

“Real”ın futbolçusu “Napoli”nin gündəmində

“Real”ın gənc yarımmüdafiəçisi Franko Mastantuono İtaliyaya transfer oluna bilər.

İdmanxeber.az “Defensa Central”a istinadən xəbər verir ki, “Napoli” 18 yaşlı argentinalını heyətinə qatmaq istəyir və bu transfer üçün 50 milyon avro ayırmağa hazırdır.

Lakin Madrid klubu Mastantuononu buraxmaq niyyətində deyil və mövsümün ikinci yarısında onu komandada görmək istəyir.

Qeyd edək ki, Mastantuono bu mövsüm “Real”da 14 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2031-ci ilin ortalarına qədər qüvvədədir.

Seçilən
9
idmanxeber.az

1Mənbələr