BAKI, 27 dekabr. TELEQRAF
Türkiyənin “Beşiktaş” klubunun ümumi borcu açıqlanıb.
Teleqraf xəbər verir ki, bu gün klubun ümumi məclisinin iclasında “ağ-qaralar”ın cari borcunun 22 milyard 531 milyon 664 min 293 lirə (894 milyon 166 min 844 manat 30 qəpik) olduğu vurğulanıb.
Qeyd edək ki, “Beşiktaş” Super Liqanın cari mövsümündə 29 xalla 5-ci pillədə qərarlaşıb.