AZ

Ehtiyatda qalan futbolçuya açıq mesaj verdi: “Şansını gözləməlidir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Kobbi Mainunun performansını yüksək qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun gələcəkdə klubun vacib bir hissəsinə çevrilə biləcəyini söyləyib:

“Mainunun özünü sübut etmək imkanı olacaq. O, əvvəllər olduğu kimi, Kazemironun mövqeyində oynaya bilər.

Mainu yarımmüdafiəçi üçlüyünə daxil ola və Meyson Mauntun mövqeyində də çıxış edə bilər.

İnanıram ki, Mainunun “Mançester Yunayted”də gələcəyi var. Sadəcə, şansını gözləməlidir, çünki futbolda hər şey iki günə dəyişə bilər”.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Seçilən
29
sportinfo.az

1Mənbələr