“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono İtaliya çempionatına keçə bilər.
Rekord.az “Defensa Central”a istinadən xəbər verir ki, “Napoli” argentinalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
İtaliya klubu Mastantuono üçün 50 milyon avro ayırmağa hazırdır. “Kral klubu” isə 18 yaşlı oyunçudan imtina etməyi planlaşdırmır və onu mövsümün ikinci yarısında komandada görməyə ümid edir.
Mastantuono cari mövsümdə “Real”ın heyətində 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.
“Napoli” UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib – 2:0.