AZ

2026-cı ildə manatın məzənnəsi ilə bağlı VACİB PROQNOZ: Azərbaycan valyutasını nələr gözləyir? 

Gələn il üçün əhalini ən çox düşündürən məsələlərdən biri də manatın məzənnəsi ilə bağlıdır. Başa çatmaqda olan 2025-ci ildə manatın məzənnəsi sabit qaldı. Düzdür, 2025-ci ildə xüsusən də dünyada cərəyan edən gərgin münasibətlər fonunda neftin qiymətində müəyyən azalmalar müşahidə edilir. Lakin hazırda neftin mövcud qiymətləri də manatın məzənnəsinin sabit qalmasına şərait yaradır.

Bəs görəsən, üzümüzə gələn 2026-cı ildə manatı hansı aqibət gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən İqtisadçı Xalid Kərimli bildirib ki, həm Mərkəzi Bankın, həm də Neft Fondunun ehtiyatlarının artması, il ərzində vətəndaşların banklara satdığı və aldığı dolların statistikasında satışın alışdan daha çox olması, eyni zamanda depozitlərin strukturunda manatın payının yüksəlməsi və tədiyyə balansının müsbətliliyi onu deməyə əsas verir ki, 2026-cı ildə valyutamızı ciddi bir sınaq gözləmir.

Xalid Kərimli

“Manat sabitliyini 2026-cı ildə də qoruyub saxlaya biləcək. Ancaq bu iqtisadi şərtlər və tendensiyalar kəskin şəkildə dəyişərsə, ilin gedişində yeni proqnozlara ehtiyac yarana bilər. Hərçənd, hazırkı vəziyyətdə, mövcud bilgilər fonunda manatın qarşısında ciddi təzyiqlər görünmür. Bu səbəbdən də düşünürəm ki, 2026-cı ildə manat ABŞ dolları qarşısında məzənnəsini qoruyub saxlaya biləcək”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
48
2
konkret.az

3Mənbələr