AZ

“Qalatasaray” və “Fənərbağça” onun üçün yarışa girdi​

BAKI, 27 dekabr. TELEQRAF

“Qalatasaray” və “Fənərbağça” “Milan”ın formasını geyinən fransalı ulduz Kristofer Nkunku üçün rəsmi danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.

“Milan” mövsümün əvvəlində “Çelsi”dən 37 milyon avro qarşılığında transfer etdiyi 28 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir.

Həmçinin Premyer Liqa klubları və “Yuventus”un da Nkunkunu izləsə də, lakin indiyədək ən konkret təkliflərin “Qalatasaray” və “Fənərbağça”dan gəlib.

Qeyd edək ki, futbola PSJ-nin akademiyasında başlayan Nkunku daha sonra “Leypsiq”, “Çelsi” və “Milan” formalarını geyinib. Klub karyerasında 326 matça çıxan fransalı futbolçu 100 qol və 67 məhsuldar ötürmə ilə diqqət çəkib. Hücum xəttinin bütün mövqelərində oynaya bilən Nkunku 2022–2023 mövsümündə Bundesliqada bombardir olub və “İlin futbolçusu” mükafatını qazanıb. Super Liqanın ilk yarısını “Qalatasaray” 42 xalla lider, “Fənərbağça” isə 39 xalla ikinci pillədə başa vurub.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr