AZ

Rusiya Kiyevə 500 dron və 40 raketlə hücum etdi Zelenski

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski son 24 saat ərzində Rusiya qüvvələrinin Kiyevə təxminən 500 dron və 40 raket atdığını bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə öz Teleqram səhifəsində yazıb.

"Növbəti Rusiya hücumu hələ də davam edir. Gecədən bəri təxminən 500 dron, əhəmiyyətli sayda "Şahid"lər, həmçinin "Xəncər"lər də daxil olmaqla, 40 raket atılıb. Hücumların əsas hədəfi Kiyevin enerji və mülki infrastrukturudur", - Ukrayna lideri qeyd edib.

V.Zelenski həmçinin vurğulayıb ki, Rusiyanın kombinə edilmiş zərbələri nəticəsində yaşayış evləri zədələnib:

"Paytaxtın və vilayətin bəzi rayonlarında elektrik və istilik təchizatı yoxdur. Hazırda yanğınların söndürülməsi davam edir. Artıq bəzi enerji obyektlərində təmir briqadaları işə başlayıb, digərlərində isə heyət sığınacaqlardadır - xilasedicilər və təmirçilər hava həyəcanı siqnalları bitən kimi işə başlayacaqlar".

Qeyd edək ki, bundan öncə Kiyevə zərbələr nəticəsində yaralananların olduğu bildirilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
4
axar.az

6Mənbələr