AZ

Tbilisi Şəhər Məhkəməsi Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçib

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayaya barəsində həbs qətimkan tədbiri seçib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı hakim Meia Melkadzenin sədrliyi ilə qapalı keçirilən prosesdə qərar qəbul edilib.

Prokurorluq iclasın qapalı keçirilməsini iş üzrə şahidlər arasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (SSU) əməkdaşlarının olması və onların şəxsi məlumatlarının qorunması zərurəti ilə əsaslandırıb.

Baço Axalaya isə bildirib ki, SSU nümayəndələri tərəfindən təhdid edildiyi üçün məhkəmə iclası açıq keçirilməli idi. O, prosesin qapalı elan olunmasından sonra etiraz əlaməti olaraq məhkəmə zalını tərk edib.

Məhkəmədə Baço Axalayanın yaxın qohumları və müxtəlif siyasi partiyaların nümayəndələri iştirak ediblər. Lakin onun həyat yoldaşı Ani Nadareişviliyə iclasda iştirak etməyə icazə verilməyib. Hakimin sözlərinə görə, Ani Nadareişvilinin bu iş üzrə təqsirləndirilən şəxs və ya şahid statusuna malik olub-olmadığı hələ ki müəyyən edilməyib.

Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Baço Axalayanı 4 oktyabr hadisələri ilə bağlı saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi - qrup halında zorakılığın təşkili və ona rəhbərlik etmə maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.

Seçilən
7
1
missiya.az

2Mənbələr