AZ

“Mənzil bazarında qiymət artımı 51 faizi keçib” “Bədəlini evə ehtiyacı olanlar ödəyirlər...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Rəsmi statitistik göstəricilər əsasında hesablama 2019-2025-ci illərdə Azərbaycanda mənzil bazarında kumulyativ qiymət artımının 51% təşkil edib. Əvvəlki 6 ildə (2012-2018-ci illər) ümumi qiymət artımı 21% təşkil etmişdi”.

“AzPolitika” bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, mənzil bazarındakı son 6 illik artım səviyyəsi əvvəlki dövrlə müqayisədə 2,5 dəfə yüksək olub.

Ekspert vurğulayır ki, son 6 ildə mənzil bazarında sürətli qiymət artımlarını bu bazarın içərisində olanlar daha yaxşı bilir: “Tikinti icazlərinin verilməsində, tələb olunan ödənişlərin həcmində, rəqabət imkanlarında nələrin dəyişdiyini bilənlər bilir. Bədəlini hələlik evə ehtiyacı olan insanlar baha qiymətlərlə ödəyirlər”.

R.Ağayev qeyd edir ki, məhdudiyyətlərin yaratdığı qiymət köpüyünü bir mərhələdə bütün iqtisadiyyat, əsasən də maliyyə sektoru ödəməli olur.

“Azpolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
azpolitika.info

1Mənbələr