ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU), Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) ilə birlikdə, hazırkı parlament üzvlərinin də daxil olduğu mütəşəkkil cinayətkar qrupun aşkarlandığını elan edib.
“AzPolitika” xəbər verir ki, NABU bu barədə Telegram kanalında məlumat yayıb.
Məlumata görə, qrupun üzvləri Ali Radada səs vermək müqabilində sistematik şəkildə rüşvət alıblar.
Bəyanatda deyilir: "Gizli əməliyyatdan sonra NABU və SAPO hazırkı parlament üzvlərinin də daxil olduğu mütəşəkkil cinayətkar qrupu aşkar ediblər". Adların və təfərrüatların daha sonra açıqlanacağı vəd edilib.
Qeyd edək ki, bundan öncə Ukrayna "Mindiç işi" ilə sarsılmışdı. Bu, NABU tərəfindən aparılan böyük bir cinayət istintaqı idi. Müstəntiqlər hesab edirlər ki, yüksək məmurlar da daxil olmaqla, bir qrup şəxs enerji sektorunda, xüsusən də dövlətə məxsus “Energoatom” şirkəti ətrafında böyük bir korrupsiya sxemi təşkil edib. İştirakçılar təchizat, müqavilələr və dövlət satınalmalarına təsir göstərməklə rüşvət və qanunsuz gəlir əldə ediblər.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.