AZ

Ukrayna “hibrid” seçki keçirmək istəyir Yekun qərar hələ verilməyib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski sülh planına Ukraynada seçkilərin daxil edildiyini və seçkinin sazişin imzalanmasından sonra mümkün qədər tez keçirilməli olduğunu bildirib. O, belə bir tələbin beynəlxalq tərəfdaşlardan gəldiyini qeyd edib.

İndi isə Ukrayna onlayn və oflayn səsverməni birləşdirən hibrid formatda seçkilərin keçirilməsi imkanlarını müzakirə edir. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna parlamentinin "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya hərbi vəziyyət dövründə seçkilər haqqında qanun layihəsini hazırlayan işçi qrupunun iclasında deyib. Onun sözlərinə görə, müzakirələr zamanı xaricdəki vətəndaşların və ölkə daxilində məcburi köçkünlərin seçkidə iştirakına xüsusi diqqət yetirilir.

Araxamiya deyib ki, işçi qrupu ənənəvi və elektron səsvermənin birləşdirilməsi imkanlarını araşdırmalıdır. Lakin o, hələlik yekun qərarın verilmədiyini vurğulayıb.

"Bunu bir neçə gün ərzində etmək və ya onlayn mexanizmlərdən istifadə edərək hibrid səsvermə məsələsinə yenidən baxmaq barədə qərar verməliyik. Keçmiş İT mütəxəssisi kimi, hələ də onlayn səsvermənin mümkün olub-olmadığını anlamamışam", - deyə parlament fraksiyasının rəhbəri qeyd edib.

Araxamiya deyib ki, artıq komitə iclasları və səsvermə üçün onlayn vasitələrdən istifadə olunur ki, bu da seçkilərin rəqəmsal formatının genişləndirilməsi üçün əsas ola bilər. 

Ukraynada məcburi köçkünlər üçün seçkilər ayrıca bir problem olaraq qalır. Deputat bildirib ki, bir çox məcburi köçkün hərbi orqanların diqqətindən yayınmaq üçün qeydiyyatdan keçmir. Bu da onların seçkidə iştirakının təşkilini çətinləşdirir.

Araxamiya vurğulayıb ki, əsas məqsəd iştirakı maksimum dərəcədə artırmaq və seçkilərin legitimliyini təmin etməkdir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
azpolitika.info

1Mənbələr