ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ukraynanı "dost ölkə" kimi görmək istəyir və bu "anı yaxınlaşdırmağa" səy göstərilməlidir.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya 1" televiziya kanalına açıqlamasında deyib.
"Çox istərdik ki, Ukraynanı Rusiya üçün dost ölkə kimi görək", - deyə Ryabkov bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın "rus və rusdilli vətəndaşlarının", eləcə də Rus Pravoslav Kilsəsinin hüquqlarını bərpa etməsini və təmin etməsini istəyir: "Düşünürəm ki, Ukrayna buna gələcək. Sadəcə bu anı yaxınlaşdırmağa çalışmalıyıq".
Onun dediyinə görə, Ukrayna münaqişəsinin həlli daha yaxındır və razılığa gəlmək Rusiyanın səylərindən və "qarşı tərəfin siyasi iradəsindən" asılıdır.
Əlbəttə ki, 100 minlərlə ukraynalını öldürəndən, milyonlarla ukraynalını qaçqın vəziyyətinə gətirəndən, ölkənin şəhərlərini, kəndlərini viran qoyandan və 20 faiz torpağını işğal edəndən sonra Ukraynadan “dostluq” gözləmək Putin hakimiyyətinin anormal, cürük və qeyri-adekvat mahiyyətinə tam uyğundur…
C.Məmmədli
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.