AZ

“AzeLab”ın rəhbərliyi dəyişib

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "AzeLab" MMC-nin qanuni təmsilçisi dəyişib.

Şirkətə rəhbərlik edən Şəhla Lətifovanı Elxan Hacıyev əvəz edib.

"AzeLab" 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyası və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında təsis edilib. Onun nizamnamə kapitalı 245,75 min manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizləri həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azpolitika.info

3Mənbələr