AZ

Gürcüstanda keçmiş medafiə naziri həbs cəzasına məhkum edildi


Gürcüstanda Keçmiş müdafiə naziri Baço Axalaya haqqında həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı qərarı Tbilsii Şəhər Məhkəməsinin hakimi Meia Melkadze qapalı iclasda verib.
Prokurorluq iclasın qapalı keçirilməsini iş üzrə şahidlər arasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının olması və onların şəxsi məlumatlarının qorunması zərurəti ilə əsaslandırıb.
Hakim prokurorluqla razılaşdıqdan və iclasın qapalı keçirilməsi barədə qərar qəbul edildikdən sonra Baço Axalaya etiraz əlaməti olaraq iclası tərk edib.
Qeyd edək ki, Baço Axalaya Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi olan qrup zorakılığını təşkil etməkdə ittiham olunur.
Seçilən
23
1
yeniavaz.com

2Mənbələr