Bu ilin ilk 10 ayında Azərbaycan Gürcüstana cəmi 8 min dollar dəyərində 16,6 ton təzə alma ixrac edib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstana alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 48 min dollar və ya 85,7%, miqdar ifadəsilə isə 114,6 ton, başqa sözlə 87,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Gürcüstana 56 min dollar dəyərində 131,2 ton alma göndərilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın Gürcüstana ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 82 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 73 qəpik idi. Bu da illik müqayisədə 9 qəpik və ya 12,3% bahalaşma deməkdir.