İtaliyanın “Napoli” klubunun üzvü Elif Elmas komanda yoldaşı, belçikalı hücumçu Romelu Lukaku barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "fcinter1908.it" makedoniyalı futbolçunun dediklərini belə çatdırıb.
“Lukaku böyük, təcrübəli və komandamız üçün vacib oyunçudur. O, həqiqi komandadır. Onunla oynamağı çox sevirəm və Romeludan öyrəndiyim çox şey var.”
Qeyd edək ki, Lukaku daha əvvəl də İtaliya Seria A-sında çıxış edib, lakin o zaman “İnter”in şərəfini qoruyurdu və məşqçi Antonio Kontenin rəhbərliyi altında 2021-ci ildə çempionluq qazanmışdı.
Hazırda “Napoli” Seria A-da üçüncü pillədə qərarlaşıb və qarşıdakı həftə sonu Kremoneze ilə qarşılaşacaq.