AZ

​İnsan hansı yaşda daha güclü olur?

İnsan orqanizmi yüz illərdi alimlərin tədqiqat obyekti olaraq qalır. Metbuat.az xəbər verir ki, bu mövzuda ən çox araşdırma ABŞ və Avropa ölkələrində aparılır. İsveç alimlərinin 51 illik araşdırması maraqlı nəticələrlə yekunlaşıb. 1974-cü ildən bəri 222-si kişi, 205-i qadın olan 427 nəfər üzərində aparılan tədqiqat başa çatıb. Məlum olub ki, indiyə kimi iddia edildiyinin əksinə olaraq, insan 18-23 yaşlarında fiziki gücünün zirvəsinə yüksəlmir. İnsanın ən güclü oldugu yaş qadınlarda 35, kişilərdə 36 sayılır. Ümumiyyətlə, 30-40 yaş insan orqanizminin ən sağlam və güclü dövrü hesab olunur. Orqanizmin zəifləməsi 40 yaşdan sonra başlayır. 40-63 yaşlarında insan orqanizmi gücünün 37 faizini itirir.

İsveç alimləri "heç vaxt gec deyil" fikrini əsas götürərək, yaşlı insanlara həvəsdən düşməməyi tövsiyə edirlər. Onlar düşünürlər ki, sağlam qidalanmaq və idman etməklə hətta 70-80 yaşda da gümrah qalmaq mümkündür.

Seçilən
49
metbuat.az

1Mənbələr