AZ

Avropa liderləri, Zelenski və Tramp arasında telefon danışığı olacaq

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa liderləri ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski ilə telefon danışığı bu günə planlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, "Reuters" bu barədə Avropa Komissiyasının sözçüsünə istinadən məlumat yayıb.

Sözçünün bildirdiyinə görə, söhbətdə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də iştirak edəcək. Söhbət 27 dekabrda, Tramp-Zelenski görüşündən əvvəl baş tutacaq.

Ağ Ev tərəfindən açıqlanan ABŞ liderinin cədvəlinə əsasən, Tramp Zelenski ilə 28 dekabrda Floridada görüşəcək. İkitərəfli görüş yerli vaxtla saat 15:00-da (23:00) Palm Biçdə keçiriləcək. Trampın həftəsonlarını keçirdiyi şəxsi iqamətgahı Mar-a-Laqo bu kurortun yaxınlığında yerləşir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
bizimyol.info

1Mənbələr