AZ

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsiüzrə biznes kredit portfeli 1,890 milyard manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 96,9 milyon manat və ya 5,4%, ötən ilin eyni dövrünənisbətən isə 409,6 milyon manat 27,7% artıb.

Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2025-ci ilin noyabrın 1-nə 1,794 miyardmanat, ötən ilin dekabrın 1-nə isə 1,481 milyard manat təşkiletmişdi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53.2%(15,805 milyard manat), istehlak kreditlәri 31.4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15.4% (4,562 milyard manat) təşkiledib.

Seçilən
25
1
az.trend.az

2Mənbələr