AZ

Qəbələdə magistral yol zibil poliqonuna çevrilir – FOTOLAR

Qəbələdə magistral yolun kənarı zibillənib.

Bu barədə NOCOMMENT.az-ın bölgə müxbirinə sakinlər məlumat veriblər.

Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbə ərazisindən keçən hissəsində antisanitar vəziyyət dözülməz həddə çatıb. Qalaqlanmış zibil yığını ətrafda xoşagəlməz görüntü və üfunət yaradıb.

Ətrafa atılan tullantılar magistral yolun Qəbələ-Oğuz istiqamətində müşahidə olunur.

Sakinlərin sözlərinə görə, mövcud vəziyyət bir müddətdir davam edir.

Seçilən
15
nocomment.az

1Mənbələr