Qəbələdə magistral yolun kənarı zibillənib.
Bu barədə NOCOMMENT.az-ın bölgə müxbirinə sakinlər məlumat veriblər.
Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbə ərazisindən keçən hissəsində antisanitar vəziyyət dözülməz həddə çatıb. Qalaqlanmış zibil yığını ətrafda xoşagəlməz görüntü və üfunət yaradıb.
Ətrafa atılan tullantılar magistral yolun Qəbələ-Oğuz istiqamətində müşahidə olunur.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət bir müddətdir davam edir.




