AZ

Premyer Liqanın ən yaxşı oyunçusu bilindi Reytinq

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasında bu mövsüm üçün ən yaxşı futbolçularının reytinqi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, sıralamanı "Give me Sport" tərtib edib.

Siyahı statistika (hər bir oyunçunun öz mövqeyi üzrə göstəriciləri), əhəmiyyəti (komandasında əsas rol oynayan oyunçular), komanda nəticələri (yaxşı nəticələr göstərən və liqa cədvəlində yüksək yerlər tutan klublar) və gözləntilər (gözləniləndən daha yaxşı çıxış edən oyunçular) kimi meyarlar əsasında tərtib edilib.

"Mançester Siti"nin hücumçusu Erlinq Holand ilk sırada yer alıb.

İkinci yerdə "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays, üçüncü yerdə isə "Sanderlend"in yarımmüdafiəçisi Qranit Caka qərarlaşıb.

İlk "10-luq"da həmçinin Antuan Semenyo (Bornmut), Morqan Rocers (Aston Villa), Filip Foden ( Mançester Siti ), Moises Kaysedou (Çelsi), Qabriel Maqalyaes (Arsenal), Ceremi Doku ( Mançester Siti) və Ris Ceyms (Çelsi) yer alıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
fanat.az

10Mənbələr