AZ

Dünyanın ən təhlükəli ölkələri SİYAHI

Banco.az saytına istinadən ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq təhlükəsizlik indeksləri ölkələrin 2025-ci il üçün risk profillərini açıqlayıb.

Banco.az xəbər verir ki, Qlobal Sülh İndeksi 2025 hesabatına görə, müharibə, daxili münaqişə və siyasi qeyri-sabitliyin yaşandığı ölkələr təhlükəsizlik baxımından ən riskli bölgələr kimi seçilir.

2025-ci il üçün hazırlanmış hesabatda dövlət strukturlarının zəiflədiyi və humanitar böhranların dərinləşdiyi bölgələrin ən riskli ölkələr arasında olduğu bildirilir. Hesabatda bu bölgələrdə yaşayan mülki şəxslərin ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyi və beynəlxalq yardım təşkilatlarının daha böyük məsuliyyət daşımalarının vacib olduğu vurğulanır.

Economics & Peace (IEP) tərəfindən dərc edilən Qlobal Sülh İndeksi 2025 hesabatına görə, gərgin müharibə və daxili münaqişələrin yaşandığı ölkələr siyahıda yüksək yerlərdə yer alıb. Hesabata görə, dünyanın ən təhlükəli ölkələri arasında Rusiya birinci, Ukrayna və Sudan isə ikinci yerdədir. Siyahıda ilk yerlərdə Suriya, Əfqanıstan, Yəmən və Konqo Demokratik Respublikası da yer alır.

Dünyanın ən təhlükəli ölkələrinin siyahısı belədir:20. Pakistan19. Fələstin18. Türkiyə17. İraq16. Nigeriya15. Şimali Koreya14. Mərkəzi Afrika Respublikası13. Somali12. Burkina Faso11. Myanma10. Mali9. İsrail8. Cənubi Sudan7. Suriya6. Əfqanıstan5. Yəmən4. Konqo Demokratik Respublikası3. Sudan2. Ukrayna1. Rusiya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
banco.az

2Mənbələr