AZ

İcra hakimiyyətində kadr islahatı keçirildi

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı yeni icra başçısı Elxan İbrahimov Əmr imzalayıb.

Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
2
bakivaxti.az

10Mənbələr