AZ

“Mançester Siti” müdafiəçisini satışa çıxardı

“Mançester Siti” müdafiəçisi Natan Akeni satışa çıxarıb.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu “Real”a təklif olunub. İngiltərə klubu Akenin transferindən 30 milyon avro qazanmaq istəyir və onu azad agent kimi buraxmaq niyyətində deyil.

Hazırda niderlandlı müdafiəçiyə “Barselona”nın marağı “Real”dan daha yüksəkdir.

Qeyd edək ki, Ake 2020-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm 13 oyunda fərqlənməyib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir və bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

Seçilən
19
idmanxeber.az

1Mənbələr