ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Grok” çat-botu digər süni intellekt sistemləri ilə müqayisədə problemlərə ən az məruz qalan modellərdən biridir. Tədqiqatçılar çat-botların etibarlılığı ilə bağlı aparılan araşdırmanın nəticələrini təqdim edərək bu qənaətə gəliblər.
Reyting.az xəbər verir ki, mütəxəssislərin fikrincə, “Grok” dəqiqlik göstəricisi baxımından lider mövqedədir.
“Relum” aqreqatorunun 2025-ci ilin dekabr hesabatına əsasən, ABŞ-dan olan iş adamı İlon Maskın “Grok” modeli on məşhur süni intellekt arasında ən aşağı - cəmi 8 faiz problem səviyyəsinə malikdir. Müqayisə üçün, bu göstərici “ChatGPT” sistemində 35 faiz, “Google Gemini”də isə 38 faiz təşkil edib.
Qiymətləndirmə istifadəçi reytinqləri, cavabların sabitliyi və fasiləsiz işləmə kimi meyarlar əsasında aparılıb. Nəticədə ümumi risk balı 0–99 aralığında hesablanıb və “Grok” 6 risk balı ilə siyahının lideri olub.
“ChatGPT” reytinq cədvəlində sonuncu yerdə qərarlaşaraq 99 risk balı alıb. “Claude” modeli 75, “Meta AI” isə 70 bal ilə dəyərləndirilib. Siyahıda yalnız Çin istehsalı “DeepSeek” süni intellekt sistemi “Grok”a yaxın nəticə göstərib. “DeepSeek” 14 faiz “hallüsinasiyalar” göstəricisi, 0 faiz fasilə və cəmi 4 risk balı ilə ön sıralarda yer alıb.

Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.