Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çin tam elektriklə işləyən minik avtomobillərinin enerji sərfiyyatını tənzimləyən yeni məcburi milli standart tətbiq etməyə hazırlaşır. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yeni standart 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
Qeyd olunur ki, bu qayda dünyada elektromobillər üçün qəbul edilən ilk məcburi enerji sərfiyyatı standartıdır və Çində indiyədək tətbiq edilən tövsiyə xarakterli normativləri əvəz edəcək. Əvvəlki tövsiyə olunan versiya ilə müqayisədə, yeni məcburi standart enerji sərfiyyatı ilə bağlı tələbləri təxminən 11 faiz sərtləşdirir. Standart qüvvəyə mindikdən sonra avtomobil istehsalçıları yeni modellərin tələblərə uyğunluğunu təmin etmək məqsədilə texniki modernləşdirmə aparmalı olacaqlar. Təxminən 2 ton boş kütləyə malik tam elektrikli minik avtomobilləri üçün yeni norma 100 kilometr məsafəyə maksimum 15,1 kilovat-saat elektrik enerjisi sərfiyyatı müəyyən edir.
Rəsmilərin bildirdiyinə görə, texniki yenilənmələrdən sonra eyni batareya tutumuna malik elektromobillərin enerji sərfiyyatının azalması hesabına orta hesabla təxminən 7 faiz daha uzun yürüş məsafəsi əldə olunacağı gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.