AZ

Avtomobil buzun altına düşdü: Ölənlər var

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yakutiyada avtomobil Lena çayı üzərində nəqliyyat üçün nəzərdə tutulmayan ərazidə buzun altına düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) üzrə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Avtomobil buz örtüyünün qırılması nəticəsində suya düşüb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, daha dörd nəfər, o cümlədən sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bildirilib ki, hazırda hadisə yerində müstəntiq və kriminalistlər, həmçinin operativ xidmətlərin əməkdaşları çalışır. Avtomobilin sudan çıxarılması və itkin düşən şəxslərin axtarışı istiqamətində işlər aparılır. Yoxlamanın yekunlarına əsasən müvafiq prosessual qərar qəbul ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
avtosfer.az

3Mənbələr