AZ

Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

Avtosfer.az-ın məlumatına görə, rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Naxçıvanda

Seçilən
44
7
avtosfer.az

9Mənbələr