AZ

Səfir: Efiopiyanın COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq

Efiopiyanın 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Efiopiyanın Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud bildirib.

O qeyd edib ki, COP32 Azərbaycanla əməkdaşlıq üçün böyük fürsətlər təqdim edir:

"Azərbaycan COP29-u uğurla təşkil etdi və bu çərçivədə güclü institusional potensialı nümayiş olundu. Efiopiya öz növbəsində COP29-da fəal iştirak etdi və dəyərli təcrübə qazandı. Ümid edirik ki, Azərbaycan COP32-də ən yüksək səviyyədə iştirak edəcək və öz təcrübəsini bizimlə bölüşəcək. Efiopiya beynəlxalq konfranslara ev sahibliyi etməkdə xeyli təcrübəyə malikdir və COP32 hazırlıqlarının mərkəzində olacaq Yaşıl İrs Təşəbbüsünə sadiqdir".

Seçilən
67
2
far.az

3Mənbələr